"Neftçi" iki futbolçusu ilə yollarını ayırır

ESTAFET/ "Neftçi" futbol klubu iki futbolçusu ilə yollarını ayırır. Son 5 ayı icarə əsasında Venesuelanın "Mineros Quayana" klubunda keçirmiş yarımmüdafiəçi Edson Kastilyo ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

 

Çexiyanın "Karvina" klubuna məxsus olan və dekabrın 31-i icarə müddəti başa çatacaq müdafiəçi Pavel Dreksa ilə müqavilə uzadılmayacaq.

 

Klub rəsmi saytında bu məlumatı paylaşaraq, hər iki futbolçuya gələcək karyeralarında uğurlar arzulayıb.