19 yaşlılar toplanış keçirəcək
ESTAFET/ 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası dekabrın 23-dən 29-dək Bakıda təlim-məşq toplanışı keçirəcək.
Yeni təyin olunan baş məşqçi Vüqar Məmməd toplanışa Kamran Məmmədov, Tolqar Yaqubov, Zahid Mərdanov, Emil Qasımov, Şakir Seyidov, Eldost Qiyasbəyli, Tahir Zeynalov, Vidadi Cəfərov, Elçin Mustafayev (hamısı "Səbail"), Nicat Möhbəliyev, İbrahim Hüseynov, Rauf Hüseynli, Turan Vəlizadə, Tural Bayramov, Xəqani Sadıqov (hamısı "Qarabağ"), Sərcan Ömərov, Əkbər Vəliyev, Cavid Əliyev, Elvin Cəfərquliyev (hamısı "Keşlə"), Nail Alışov, Seymur Əliyev (hər ikisi "Neftçi"), Ceyhun Şahverdiyev, Səbuhi Abdullazadə (hər ikisi "Sumqayıt"), Kamran Quliyev, Rüstəm Nuriyev (hər ikisi "Qəbələ") və Riad Abbaszadədən ("Şüvəlan") ibarət heyət cəlb edib.