Fransa ən yaxşı futbolçusunu seçdi

ESTAFET/ Fransanın məşhur "France Fotball" nəşrinin keçirdiyi sorğuya əsasən, ilin ən yaxşı futbolçusunun adına aydınlıq gəlib.

 

"Çelsi"nin yarımmüdafiəçisi Nqolo Kante 92 səs toplayaraq bütün rəqiblərini qabaqlayıb və ölkəsinin ən yaxşı futbolçusu adını qazanıb. 

 

Kantedən 5 səs az toplayan Kilian Mbappe ikinci, 52 səs qazanan Kərim Benzema isə üçüncü sırada qərarlaşıblar.