"Kristianstad" Bakıda meydan sahibi olacaq
ESTAFET/ Xəbər verdiyimiz kimi, qadın həndbolçulardan ibarət “Azəryol” klubu Avropa Həndbol Federasiyasının (EHF) Çağırış kubokunda mübarizəsini davam etdirir.
1/16 finalda Lüksemburq təmsilçisi "Düdelanj"la hər iki görüşünü səfərdə keçirən və böyük üstünlüklə qalib gələn komandamız adını 1/8 finala yazdırmışdı. Artıq bu mərhələdə həndbolçularımızın rəqibi, oyunların keçiriləcəyi vaxt və məkan da müəyyənləşib.
Norveçin "Kristianstad" komandası ilə 2 və 3 fevral tarixlərinə təyin olunan qarşılaşmalar qarşılıqlı razılaşmaya əsasən Bakıda keçiriləcək. Qonaqlar ilk matçda şərti ev sahibi kimi meydana çıxacaqlar.