"Neftçi" təlim-məşq toplanışına start verdi
ESTAFET/ "Neftçi” komandası qış fasiləsindən sonra mövsümün ikinci hissəsinin hazırlıqlarına başlayıb. Bakılılar bu gün klubun bazasında yeni ildə ilk məşqini keçib.
Xatırladaq ki, iki mərhələdən ibarət təlim-məşq toplanışının birinci mərhələsi yanvarın 15-dək Bakıda, ikinci mərhələsi isə ayın 17-dən 31-dək Bələkdə olacaq.