Şəhriyar ilin ilk superturnirində oynayacaq

ESTAFET/ Şahmat üzrə yığma komandamızın lideri, beynəlxalq qrossmeyster Şəhriyar Məmmədyarov 2018-ci ilə Hollandiyada ənənəvi keçirilən Veyk-an Zee superturniri - "Tata Steel Chess 2018"-lə başlayacaq. Ən güclü şahmatçımız sayca 80-ci olan yubiley turnirinə ötən ilki uğurlu çıxışı sayəsində dəvət qazanıb. 

 

Yanvarın 13-dən 28-dək davam edəcək superturnirdə Şəhriyardan başqa daha 13 güclü şahmatçı mübarizə aparacaq ki, bunların başında dünya şahmatının şəriksiz lideri Maqnus Karlsen gəlir. Turnirdə yanvarın 18-i, 22-si və 25-i istirahət günləri nəzərdə tutulub. 

 

Yarışın bütün iştirakçıları

1. Maqnus Karlsen (Norveç) - 2834

2. Fabiano Karuana (ABŞ) - 2811

3. Şəhriyar Məmmədyarov (Azərbaycan) - 2804

4. Uesli So (ABŞ) - 2792

5. Vladimir Kramnik (Rusiya) - 2787

6. Pyotr Svidler (Rusiya) - 2768

7. Vişvanatan Anand (Hindistan) - 2767

8. Sergey Karyakin (Rusiya) - 2753

9. Aniş Giri (Hollandiya) - 2752

10. Vey Yi (Çin) - 2743

11. Maksim Matlakov (Rusiya) - 2718

12. Hou Yifan (Çin) - 2680

13. Adiban Başkaran (Hindistan) - 2655

14. Qavain Cones (İngiltərə) - 2640