Təmsilçilərimiz Fransada üz-üzə gəldilər

ESTAFET/ Qadın voleybolçular arasında Fransa çempionatında XII turun oyunları keçirilib. Azərbaycan millisinin oyunçuları Anastasiya Qurbanova və Olena Həsənova bu tur üz-üzə gəliblər və məhsuldar oyunları ilə seçiliblər. 

 

Oyuna gəldikdə isə, Qurbanovanın şərəfini qoruduğu “Venel” Həsənovanın formasını geyindiyi “Le Kann”ı qəbul edib və qonaqları məyus yola salıb - 3:2 (16:25, 28:26, 25:23, 23:25, 15:11). 

 

Görüşdə Qurbanova 18, Həsənova 16 xal toplayıb.

 

12 turdan sonra “Venel” 19 xalla turnir cədvəlinin 4-cü, “Le Kann” isə 18 xalla 6-cı pilləsində qərarlaşıb.