Rəhimova turun bombardiri oldu
ESTAFET/ Qadın voleybolçular arasında Türkiyə Sultanlar Liqasında yaranan 1 aylıq fasilə başa çatıb və II dövrəyə start verilib. Qardaş ölkə klublarında forma geyinən millimizin üzvləri bu tur komandalarının heyətində növbəti oyunlarını keçiriblər.
Təmsilçilərimizin komandalarının və özlərinin fərdi nəticələrini təqdim edirik.
“Fənərbaxça” - “Bursa BŞB” 3:2 (20:25, 23:25, 25:13, 25:13, 15:9)
Polina Rəhimova ("Fənərbaxça") 24 xalla oyunun bombardiri olub.
“Seramiksan” - “Çanakkale Bld” 2:3 (26:24, 22:25, 28:26, 20:25, 11:15)
Odina Bayramova (“Seramiksan”) 15 xal qazanıb.
"İlbank" - “Beşiktaş” 0:3 (18:25, 15:25, 16:25)
Marqarita Əzizova (“Beşiktaş”) oyunda iştirak etməyib.
“Əczaçıbaşı” - “Beylikdüzü” 3:0 (25:18, 25:14, 25:12)
Yana Kulan (“Beylikdüzü”) 9 xalla komandasının ən yaxşısı olub.
Çempionatda 12 turdan sonra 31 xalı olan “Fənərbaxça” 3-cü, 16 xalla “Beşiktaş” 6-cı, 13 xal toplayan “Beylikdüzü” 9-cu, 11 xal toplayan “Seramiksan” isə 10-cu yerdə qərarlaşıblar.