UEFA Ayaz Quliyevi rəmzi yığmaya daxil edib
ESTAFET/ UEFA 2017-ci ildə Rusiya Premyer Liqasında parlaq çıxışları ilə diqqət çəkən gənc futbolçuların simvolik yığmasını açıqlayıb.
Qurumun rəsmi saytında yerləşdirilən rəmzi “11-lik”də Azərbaycan milli komandasının formasını geyinməyə namizəd olan Ayaz Quliyev də var. Müqavilə ilə Moskva “Spartak”ına məxsus 21 yaşlı yarımmüdafiəçi ötən il icarə əsasında “Anji”də çıxış edib.
O, Mahaçqala təmsilçisinin heyətində 22 matçda iştirak edib və 1 qol vurub.