"Valensiya" Kokleni heyətinə qatdı

ESTAFET/ İspaniyanın "Valensiya" klubu London "Arsenal"ının fransız oyunçusu Fransis Kokleni transfer etdiyi haqda xəbəri öz rəsmi saytı vasitəsilə bildirib. 

 

26 yaşlı fransız yarımmüdafiəçi ispanlarla 2022-ci ilin yayınadək müqavilə bağlayıb. Keçidin ümumi məbləğinin 80 milyon avro təşkil etdiyi bildirilir. 

 

Koklen "Arsenal"a 2008-ci ildə gəlmişdi və komanda ilə 160 oyuna çıxıb. Xavbek londonluların heyətində 2 dəfə İngiltərə Kubokuna və 1 dəfə Superkuboka sahib olub.