"Tata Steel Chess 2018" start götürür
ESTAFET/ Bu gündən etibarən Hollandiyanın Veyk-an-Zee şəhərində dünyanın ən nüfuzlu şahmat supertirnirlərindən biri olan "Tata Steel Chess 2018" yarışına start veriləcək. Artıq 80-ci dəfə keçirilən superturnirdə Azərbaycanın ən güclü şahmatçısı Şəhriyar Məmmədyarov da iştirak edir.
Yubiley turnirində ümumilikdə təmsilçimizdən başqa daha 13 şahmatçı mübarizə aparacaq - Karlsen (Norveç), Karuana (ABŞ), So (ABŞ), Kramnik (Rusiya), Svidler (Rusiya), Anand (Hindistan), Karyakin (Rusiya), Qiri (Hollandiya), Vey Yi (Çin), Matlakov (Rusiya), Hou Yifan (Çin), Adiban (Hindistan) və Cons (İngiltərə).
İştirakçılar dairəvi sistemlə 13 tur oynamaqla ən güclünü müəyyənləşdirəcəklər. Oyunlar (100 dəqiqə/40+50 dəqiqə/20+15 dəqiqə) + hər gedişə 30 saniyə vaxt nəzarəti ilə keçiriləcək.