Şəhriyar heç-heçə ilə başladı: Tata Steel Chess 2018
ESTAFET/ Xəbər verdiyimiz kimi, bu gün Hollandiyanın Veyk-an-Zee şəhərində şahmatçılar arasında dünyanın ən nüfuzlu superturnirlərindən biri olan "Tata Steel Chess 2018" start götürüb.
Təmsilçimiz Şəhriyar Məmmədyarov daxil 14 zəka sahibi yanvarın 28-dək 13 tur boyunca ilin ilk yarışını qazanmağa çalışacaqlar.
Bu gün keçirilən 1-ci turun oyununda Şəhriyar qara fiqurlarla amerikalı Uesli So ilə qarşılaşıb. Tərəflər 29-cu gedişdə heç-heçəyə razılaşıblar.
İlk turun qarşılaşmaları:
Uesli So (ABŞ, 2792) - Şəhriyar Məmmədyarov (Azərbaycan, 2804) 0,5:0,5
Maqnus Karlsen (Norveç, 2834) - Fabiano Karuana (ABŞ, 2811) 0,5:0,5
Vladimir Kramnik (Rusiya, 2797) - Vey Yi (Çin, 2743) 1:0
Cons (İngiltərə, 2640) - Sergey Karyakin (Rusiya, 2753) 0,5:0,5
Aniş Giri (Hollandiya, 2752) - Hou Yifan (Çin, 2680) 1:0
Pyotr Svidler (Rusiya, 2768) - Başikaran Adiban (Hindistan, 2655) 0,5:0,5
Vişvanatan Anand (Hindistan, 2767) - Maksim Matlakov (Rusiya, 2718) 1:0