"Halo" sisteminin təminatçısı bəlli oldu!
ESTAFET/ Beynəlxalq Avtomobil İdmanı Federasiyası (FIA) Formula 1 və Formula 2 yarışlarında sürücülərin başını əlavə müdafiə sistemi olan "Halo"nun təminatçısının adını açıqlayıb. Bu hüquqa, keçirilmiş müsabiqənin bütün şərtlərini yerinə yetirmiş Almaniyanın "CP Tech" şirkəti yiyələnib.
Şirkətin direktoru Tomas Keysi: "Bu müqavilə bizim titan və digər materialların çətin işlənmə mexanizmləri sahəsində unikal təcrübəzin sübutudur. Şirkətimiz 25 ildir ki, avtoidman sahəsində çalışır və bu layihə daha bir peşəkar qürur hissi üçün əsasdır".
FIA-nın təhlükəsizlik məsələləri üzrə eksperti Endi Mellor: "Əməkdaş kimi "CP Tech" şirkətini seçməyimizə səbəb, onların bizə mükəmməl texniki şətrlət təqdim etməsi oldu".
Bu ildən Formula 1 və Formula 2 testləri və yürüşləri zamanı "Halo"nun istifadəsi məcburidir. "CP Tech" şirkətinin bu sistemləri komandalar üçün 12700 avro dəyərində qiymətləndirilib. Sistem özü əlavə elementləri ilə birlikdə 10 kq-a yaxın çəkiyə malikdir.