Veyk-an-Zeedə 3-cü turun qarşılaşmaları

ESTAFET/ Xəbər verdiyimiz kimi, Hollandiyanın Veyk-an-Zee şəhərində dünyanın ən nüfuzlu şahmat supertirnirlərindən biri olan "Tata Steel Chess 2018" yarışı davam edir.

 

Artıq 80-ci dəfə keçirilən superturnirdə Azərbaycanın ən güclü şahmatçısı Şəhriyar Məmmədyarov (reytinqi 2804) da iştirak edir. 

 

Bu gün turnirdə 3-cü turun oyunları keçirilib və aşağıdakı nəticələr qeydə alınıb. 

 

Veyk-an-Zee, Hollandiya

Tata Steel Chess 2018

 

III Tur

Şəhriyar Məmmədyarov (Azərbaycan, 2804) - Maksim Matlakov (Rusiya, 2718)  0,5:0,5
Maqnus Karlsen (Norveç, 2834) - Vey Yi (Çin, 2743)  0,5:0,5

Vladimir Kramnik (Rusiya, 2797) - Hou Yifan (Çin, 2680)  0,5:0,5

Uesli So (ABŞ, 2792) - Sergey Karyakin (Rusiya, 2753)  0,5:0,5

Pyotr Svidler (Rusiya, 2768) - Aniş Giri (Hollandiya, 2752)   0,5:0,5
Cons (İngiltərə, 2640) - Başikaran Adiban (Hindistan, 2655)  1:0

Vişvanatan Anand (Hindistan, 2767) - Fabiano Karuana (ABŞ, 2811)  1:0

Müəllif: Natiq NƏSİROV