"Kəpəz" daha bir rəqib tapıb
ESTAFET/ Türkiyə toplanışı müddətində “Kəpəz”in yoxlama oyunundakı son rəqibi məlum olub. Gəncə klubu Antalyada Cənubi Koreyanın “Daejeon Citizen” komandası ilə qarşılaşacaq. Bu oyun yanvarın 25-də baş tutacaq.
Xatırladaq ki, “sarı-göylər” qardaş ölkədə dörd yoxlama görüşü keçirəcək ki, rəqiblərdən üçü bir müddət öncədən müəyyənləşmişdi. Belə ki, komandamız asiyalılarla yanaşı, yanvarın 22-də “Viitorul” (Konstanta, Rumıniya), 28-i tarixində “Yagelloniya” (Belostok, Polşa) və ayın 31-də “Spartak” (Subotiça, Serbiya) klubları ilə görüşəcək.