“Qarabağ”la oyun dostluq matçı olmayacaq” - Patrik Lipski
ESTAFET/ “Baş məşqçi Adam Ouen məni həm yarımmüdafiə, həm də müdafiədə oynatmağı düşünür. Bu səbəbdən də yoxlama matçları mənim üçün önəmlidi”. Bu sözləri Polşanın “Lexiya” klubunun yarımmüdafiəçisi Patrik Lipski deyib.
Qdansk təmsilçisi Türkiyədəki təlim-məşq toplanışı çərçivəsində bu gün “Qarabağ”la qarşılaşacaq. Oyunöncəsi klubun rəsmi saytına danışan Lipski iddialı fikirləri səsləndirib: “Baş məşqçi bildirdi ki, “Qarabağ” və “Universitatya” ilə oyunlar onun üçün dostluq matçı olmayacaq. Bu, hamımıza açıq mesaj idi. Bu oyunlara ciddi yanaşacağıq. Güclü rəqiblərimiz var. “Visla” ilə çempionat matçının hazırlığına “Qarabağ”la keçiriləcək qarşılaşma ilə başlayırıq”.
Qeyd edək ki, “Qarabağ” - “Lexiya” oyunu Bakı vaxtı ilə 18:30-da başlayacaq.