“Məğlubiyyətin məsuliyyətini mən daşıyıram”: Cavadov
ESTAFET/ “Sumqayıt”ın baş məşqçisi Vaqif Cavadov Azərbaycan Premyer Liqasının 10-cu turu çərçivəsində “Turan Tovuz”a qarşı keçirdikləri ev oyunundan sonra fikirlərini bölüşüb.
O, 2:4 hesablı məğlubiyyətə üzüldüyü debüt matçına belə şərh verib:
“Oyuna çox yaxşı başladıq. Oyun ərzində də üstün tərəf biz idik. Sadəcə "Turan Tovuz" fərdi səhvlərimizdən istifadə edib qapıya 4 zərbə endirdi və qollar vurdu. Ümumilikdə komandadan razıyam. Futbolçularım yavaş-yavaş fiziki cəhətdən daha da yaxşılaşacaq. İstədiyimiz daha da sürətli futbolun şahidi olacağıq. Bugünkü məğlubiyyətin məsuliyyətini mən daşıyıram, futbolçuların heç bir günahı yoxdur. Nəzarət bizdə idi. Şanssızlıq məğlubiyyətə gətirib çıxardı".