Şəhriyar ilk məğlubiyyətini aldı - Tata Steel Chess 2018 - VIII tur
ESTAFET/ Xəbər verdiyimiz kimi, Hollandiyanın Veyk-an-Zee şəhərində dünyanın ən nüfuzlu şahmat supertirnirlərindən biri olan "Tata Steel Chess 2018" turniri davam edir. Artıq 80-ci dəfə keçirilən superturnirdə Azərbaycanın ən güclü şahmatçısı Şəhriyar Məmmədyarov (reytinqi 2804) da iştirak edir.
Geridə qalan 7 turdan sonra təmsilçimiz 5,5 xalla turnir cədvəlinin vahid lideri idi. Bu gün Şəhriyar qara fiqurlarla meydan sahibi Giri ilə oynayırdı. Təəssüf ki, zəka sahibimiz bu görüşdə turnirdə ilk məğlubiyyətini aldı və təkhakimiyyətliliyi əlindən veri. İndi şahmatçımızla bərabər Karlsen və Giri də eyni xala malikdirlər.
Veyk-an-Zee, Hollandiya
Tata Steel Chess 2018
VIII Tur
Aniş Giri (Hollandiya, 2752) - Şəhriyar Məmmədyarov (Azərbaycan, 2804). 1:0
Maqnus Karlsen (Norveç, 2834) - Cons (İngiltərə, 2640) 1:0
Vladimir Kramnik (Rusiya, 2797) - Uesli So (ABŞ, 2792) 0,5:0,5
Başikaran Adiban (Hindistan, 2655) - Sergey Karyakin (Rusiya, 2753) 0,5:0,5
Yifan Hou (Çin, 2680) - Fabiano Karuana (ABŞ, 2811) 0:1
Pyotr Svidler (Rusiya, 2768) - Vişvanatan Anand (Hindistan, 2767) 0,5:0,5
Yi Vey (Çin, 2743) - Maksim Matlakov (Rusiya, 2718) 0,5:0,5
8 turdan sonra turnir cədvəli: 1-3. Məmmədyarov, Karlsen, Giri - 5,5 xal, 4-5. Kramnik, So - 5 xal, 6-7, Anand, Karyakin 4,5 xal, 8-9. Svidler, Matlakov - 4 xal, 10. Cons - 3,5 xal, 11-12. Karuana, Yi Vey - 3 xal, 13. Adiban - 2 xal, 14. Yifan Hou - 1 xal.