Təmsilçilərimiz bir-birinə qarşı

ESTAFET/ Qadın voleybolçular arasında Türkiyə çempionatında (Sultanlar Liqası) 15-ci turun oyunları oynanılıb. Turu həmçinin "azərbaycanlıların derbisi" də adlandırmaq olar. Belə ki, yığmamızın oyunçuları komandalarının heyətində üz-üzə gəliblər.


Nəticələrə gəldikdə isə,  millimizin kapitanı Odina Bayramovanın çıxış etdiyi “Seramiksan” Yana Kulanın şərəfini qoruduğu “Beylikdüzü”nün qonağı olub. Gərgin keçən matçda ev sahibləri 2:3 hesabı ilə uduzub. Oyunda Kulan 17, Odina 16 xal toplayıb.

 

Marqarita Əzizovanın formasını geyindiyi “Beşiktaş” isə Polina Rəhimovanın “Fənərbaxça”sını qəbul edib. Bu qarşılaşmada da 5 set oynanılıb və sonda yenə qonaqlar gülən tərəf olub. Voleybolçularımızdan Marqarita 2, Polina 23 xal yığıb.

 

XV turun oyunlarından sonra turnir cədvəlində “Fənərbaxça” 36 xalla 3-cü, “Beşiktaş” 16 xalla 8-ci, “Seramiksan” 15 xalla 9-cu, 14 xalı olan “Beylikdüzü” isə 10-cu pillədə qərarlaşıb.  

Müəllif: Orxan NOVRUZOV