"Kəpəz" ilk yoxlama oyunundan sülhlə ayrıldı

ESTAFET/ Türkiyədə təlim-məşq toplanışında olan “Kəpəz” bu gün ilk yoxlama oyununa çıxıb. “Sarı-göylər”in rəqibi “Viitorul” klubu olub. Matç 1:1 hesabı ilə yekunlaşıb. Rumıniya təmsilçisi ilə görüşdə gəncəlilərin qolunu kapitan Şəhriyar Rəhimov vurub.

 

Gəncəlilər növbəti yoxlama matçında Cənubi Koreyanın “Daejeon Citizen” klubu ilə qarşılaşacaq. Bu oyun yanvarın 25-də keçiriləcək.  

Müəllif: Orxan NOVRUZOV