Yığma komanda 5 ölkə ilə birlikdə hazırlığı davam etdirir
ESTAFET/ Xəbər verdiyimiz kimi, cüdo üzrə milli komandamız gələn ay Fransanın Paris və Almaniyanın Düsseldorf şəhərlərində keçiriləcək “Böyük Dəbilqə” yarışlarına hazırlaşırlar.
Bakı Olimpiya Stadionunda yerləşən təlim-məşq bazasında hazırlıq prossesi keçirən milli komandamızla yanaşı Türkiyə yığmasının cüdoçuları da toplanışa qatılıb. Həmçinin, Rusiya, Gürcüstan, Ukrayna və Qazaxıstan çempionatının mükafatçılarından ibarət cüdoçular da təlim-məşq hazırlıqlarında iştirak edirlər.
Qeyd edək ki, Azərbaycan Cüdo Federasiyasının Bakı Olimpiya Stadionunda yerləşən təlim-məşq bazasında keçirlən hazırlıq prossesinə yanvar ayının 26-sı yekun vurulacaq.