"Nou Kamp"da 4000-ci qol

ESTAFET/ Ötən gecə İspaniya Kral Kuboku çərçivəsində keçirilən "Barselona" - "Espanyol" görüşü tarixi hadisə ilə əlamətdar olub.

 

Belə ki, kubokun 1/4 final mərhələsinə təsadüf edən oyunun 25-ci dəqiqəsində Messinin vurduğu qol bu stadionda vurulan 4000-ci qol kimi tarixə keçib. 

 

Qeyd edək ki, görüş 2:0 hesabı ilə yekunlaşıb və "Barselona" səfərdəki minimal hesablı məğlubiyyətin əvəzini çıxaraq yarımfinala adlayıb. 

Müəllif: Bəhruz MƏMMƏDOV