"Qarabağ" günü tək məşqlə başa vurub

ESTAFET/ "Qarabağ" Antalyada təlim-məşq toplanışını davam etdirir. Komanda bu gün hazırlığı tək məşqlə başa vurub. Yerli saatla 10:30-da başlayan hazırlıq iki mərhələdən ibarət olub. İlk olaraq fitness zalında çalışmalara başlayan futbolçularımız məşqi toplu çalışmalarla başa vurub.

 

Qeyd edək ki, milli komandaya dəvət alan futbolçular bu gün yığmanın düşərgəsinə yollanıb. 

Müəllif: Orxan NOVRUZOV