"Azəryol" 3-cü dövrəyə bərabərliklə başladı

ESTAFET/ Bu gün qadın həndbolçular arasında Azərbaycan çempionatının 11-ci turunda növbəti oyun keçirilib. İlk iki pillənin sahibi olan “Qarabağ” və “Azəryol” qarşılaşdılar. 

 

"Qarabağ" fasiləyə də irəlidə yollandı (15:13), yekunda oyun 24:24 hesablı bərabərliklə başa çatıb. 

 

 Günün ilk qarşılaşmasında isə çempionatın autsayderləri olan "Gənclərbirliyi" ilə "İdman Akademiyası" üz-üzə gəlib. Görüş "gənclər"in 31:30 hesablı qələbəsi ilə yekunlaşıb. 

Müəllif: Natiq NƏSİROV