Millimiz yenə Kosovo ilə bacarmadı

ESTAFET/ 19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Türkiyənin Antalya şəhərindəki təlim-məşq toplanışı çərçivəsində bu gün daha bir yoxlama oyunu keçirib.


Gənclərimiz yenə bir neçı gün əvvəl məğlub olduqları Kosovonun müvafiq yaş qrupundan ibarət yığma komandası ilə qarşılaşıb. Təssüqf ki, bu dəfə də eyni hesabla qalib gələn Kosovo olub. Onların 47-ci dəqiqədə vurduğu qol oyun ərzində vurulan yeganə qol olub.


 

Müəllif: Bəhruz MƏMMƏDOV