Avropa çempionatının təqvimi

ESTAFET/  Sabah futzal üzrə Avropa çempionatına start veriləcək. Sayca 11-ci qitə çempionatı Sloveniyada baş tutacaq.

 

Avropanın 12 ən güclü komandası paytaxt Lyublyananın “Arena Stojitse”də qüvvəsini sınayacaq. 12 gün davam edəcək yarışda Azərbaycan millisi də çıxış edəcək.

 

Ardıcıl 5-ci dəfə Avropa çempionatının final mərhələsinə yüksələn yığmamız D qrupunda mübarizəyə start verəcək. Komandamız 7 qat Avropa çempionu İspaniya və mərhələnin debütantı Fransa ilə üz-üzə gələcək.

 

İlk turda istirahət edən Joze Alesionun yetirmələri fevralın 2-də debütantla görüşəcək. 2 gün sonra isə komandamız qitənin ən titullu yığması ilə qarşılaşacaq.

 

Futzal, AVRO-2018

Final mərhələsi

 

A qrupu: Sloveniya, İtaliya, Serbiya

B qrupu: Rusiya, Qazaxıstan, Polşa

C qrupu: Portuqaliya, Ukrayna, Rumıniya

D qrupu: İspaniya, Azərbaycan, Fransa

 

Qrup mərhələsi

I tur

30 yanvar 2018

21:00. Sloveniya – Serbiya

23:45 .Rusiya – Polşa

31 yanvar

21:00. Portuqaliya – Rumıniya

23:45. İspaniya – Fransa

 

II tur

1 fevral 2018

21:00. Polşa – Qazaxıstan

23:45. Serbiya – İtaliya

2 fevral

21:00. Fransa – Azərbaycan

23:45. Rumıniya – Ukrayna

 

III tur

3 fevral 2018

21:00. Qazaxıstan – Rusiya

23:45. İtaliya – Sloveniya

4 fevral

21:00. Ukrayna – Portuqaliya

23:45. Azərbaycan – İspaniya

 

1/4 final

5 fevral 2018

21:00 və ya 00:00. 1A – 2B

21:00 və ya 00:00. 1B – 2A

6 fevral 2018

21:00 və ya 00:00. 1C – 2D

21:00 və ya 00:00. 1D – 2C

 

Yarımfinal

8 fevral

21:00 və ya 00:00. 1A–2B qalibi - 1C–2D qalibi

21:00 və ya 00:00. 1B–2A qalibi – 1D–2C qalibi

 

10 fevral

21:00. III yer uğrunda oyun

23:45. Final

Müəllif: Natiq NƏSİROV