"Səbail" Moldova yığmasının oyunçusu ilə anlaşdı

ESTAFET/ Mövsümün ikinci yarısına Türkiyədə hazırlaşan “Səbail” Molodova millisinin oyunçusunu heyətinə cəlb edib.


24 yaşlı yarımmüdafiəçi Yegeniy Koçuk mövsümün sonuna kimi Premyer Liqanın debütantının heyətində çıxış edəcək.

 

Qeyd edək ki, gənc yarımmüdafiəçi Slovakiyanın “Jilina” futbol klubundan icarə əsasında bakılıların heyətinə cəlb olunub. 

Müəllif: Bəhruz MƏMMƏDOV