"Keşlə" ilk məğlubiyyətini aldı

ESTAFET/ Türkiyədə təlim-məşq toplanışını davam etdirən “Keşlə” bu gün hazırlıq çərçivəsində ikinci yoxlama görüşünü keçirib.
Baş məşqçi Yuri Maksimov yetirmələrini öz ölkəsinin “Karpatı” (Lvov) komandası ilə qarşılaşdırıb. Ukrayna klubu ilə oyun Bakı klubunun 1:2 hesablı məğlubiyyəti ilə yekunlaşıb.
Yoxlama oyunu
29 yanvar 2018
“Keşlə” (Azərbaycan) - “Karpatı” (Ukrayna) 1:2
Qeyd edək ki, “Keşlə” Antalyadakı ilk yoxlama matçında “Rabotniçki” (Makedoniya) üzərində 1:0 hesablı qələbə qazanmışdı.

