"Kəpəz"dən ikinci qələbə

ESTAFET/ Qış hazırlıqlarını Antlayada davam etdirən “Kəpəz” bu gün növbəti matçına çıxıb. Yunis Hüseynov yetirmələrini Subotiça “Spartak”ı ilə oyunda sınayıb.
Serbiya təmsilçisi ilə qarşılaşma gəncəlilərin Türkiyədə 4-cü yoxlama görüşü olub. Matç "Kəpəz"in 2:0 hesablı qələbəsi ilə başa çatıb. İlkin Sadıqov və Dario Federiko fərqlənib.
Yoxlama görüşü
31 yanvar 2018
“Kəpəz” (Azərbaycan) - “Spartak” (Subotiça, Serbiya) 2:0
Qollar: İlkin Sadiqov, 25, Dario, 72
Xatırladaq ki, buna qədər Türkiyədəki üç hazırlıq oyununa çıxan “Kəpəz” Rumıniyanın “Vitorul” klubu ilə heç-heçə edib (1:1), Cənubi Koreyanın “Daejeon Citizen” komandasına isə qalib gəlib (1:0), Polşa təmsilçisi “Yagelloniya”ya isə böyük hesabla məğlub olub (1:8).

