Rəqiblərimiz heç-heçə etdi

ESTAFET/ Avropa çempionatının final mərhələsində millimizin yer aldğı D qrupunda ilk oyun keçirilib. Yarışın son qalibi İspaniya ilk dəfə bu mərhələyə yüksələn Fransa ilə üz-üzə gəlib. Duelin favoriti İspaniya hesab edilsə də, titullu komanda 1 xalı sona yaxın qazandı. Belə ki, oyunun böyük hissəsini hesabda öndə olan Fransa sona yaxın bu üstünlüyünü əldən verdi və matç 4:4 hesabı ilə yekunlaşdı.
İspaniya - Fransa (2:2) 4:4
31 yanvar 2018. Stojise Arena. Saat 23:45
Hakimlər: Balazs Farkas (Macarıstan), Qabor Kovacs (Macarıstan), Angelo Qalante (İtaliya)
Qollar: A. Diaz 10:37, Azdin Ayqoun 19:30 (a/q), F. Solano 26:48, R. Aquilera 37:42 : A. Mohammed 8:37, S. Alla 16:20, K. Ortiz 19:30 (a/q), S. Mouhoudine 20:13
Sarı vərəqə: R. Aquilera 39:45
İspaniya: 1. Pako Sedano (q), 2. Karlos Ortiz Jimenez (k), 7. Adrian Alonso Perreyra, 10. Rafa Usin Quisado, 15. Xose A. Fernandez Kastellano, 13. Xesus Errero (q), 3. Mark Tolro Qarsiya, 4. Rafael Qarsiya Aquilera, 9. Serjio Lozano Martinez, 8. Angel Velasko Maruqan, 11. Migel Sayaqo Marti, 5. Adolfo Fernandez Diaz, 6. Françisko Xavyer Solano, 14. Alexandro Yepes Balsalobre
Baş məşqçi: Xose Venansio Lopes
Fransa: 1. Camel Haroun (q,k), 6. Kevn Ramires, 8. Azdin Ayqoun, 20. Souheyl Mouhoudine, 10. Abdessamad Mohammed, 12. Ba El Maarouf Kerroumi (q), 16. Joevin Durot, 18. Samba Kebe, 2. Sid Belhaj, 5. Boulaye Ba, 19. Adrien Qasmi, 14. Samir Alla, 11. Landri Nqala, 7. Mişel De Sa Andrade
Baş məşqçi: Pierre Jacky
