"Azəryol" ilk oyunda məğlub oldu

ESTAFET/ Bu gün qadın həndbolçular arasında “Çelenc Cup” turnirinin 1/8 final mərhələsinə start verilib. Bakının “Azəryol” klubu İsveç “Kristianstad”ı ilə ilk oyununu keçirib.
Qarşılıqlı razılıq əsasında hər iki oyun Bakıda keçirildiyindən bugünkü qarşılaşmada nominal ev sahibi skandinavlar idi.
Doğma arenaya nominal qonaq kimi çıxan bakılılar matçın əksər hissəsini hesabda öndə olub. Hətta oyun ərzində 4 xallıq fərq yaradan həndbolçularımız görüşün sonuna yaxın üstünlüyünü qoruya bilməib. Beləliklə də Georgi Voronovun yetirmələri ilk oyunda məğlubiyyətlə barışmalı olub - 23:30.
“Çelenc Cup”
1/8 final, ilk oyun
2 fevral 2018
“Kristianstad” (İsveç) - “Azəryol” (Azərbaycan) 30:23 (13:14)
Hakimlər: Marina Dupli, Alyona Kaverina (hər ikisi Ukrayna)
EHF nümayəndəsi: Kenan Gökmen (Türkiyə)
“ABU Arena”
Xatırladaq ki, “Azəryol”un bu rəqiblə 2-ci oyunu da Bakıda keçirəcək. Qarşılaşma sabah saat 17:00-da "ABU Arena"da başlayacaq.
