"Keşlə"dən köhnə yeni transfer

ESTAFET/ “Keşlə” daha bir yeni transferini rəsmən təqdim edib. Klubun rəsmi saytında yerləşdirilən xəbərə görə, keşləlilər Sezar Meza Kollini geri qaytarıb.
Paraqvaylı futbolçu ilə rəsmi müqavilə imzalanıb. Razılaşmaya əsasən, o, cari mövsümün sonunadək “Keşlə”nin formasını geyinəcək.
Sezar Meza Kolli hazırda “Neftçi”nin futbolçusu olan Derlis Meza Kollinin qardaşıdı.
Qeyd edək ki, “Keşlə” bundan əvvəl heyətini Məqsəd İsayev, Kamran Ağayev, Pablo Podio, Herve Tçami, Nemanya Stoyanoviç, Ebrima Sohna və Andre Klennonla gücləndirib.

