Millimiz mübarizəni darmadağınla bitirdi: AVRO-2018

ESTAFET/ Bu gün futzal üzrə Avropa çempionatında növbəti 1/4 final oyunları keçiriləcək. Milli komandamız bu mərhələdə Portuqaliya millisi ilə qarşılaşacaq.

 

Qrupdakı son oyununda İspaniyaya 0:1 hesabı ilə uduzan, bununla belə, qrup ikincisi kimi növbəti mərhələyə adlayan komandamız bu dəfə də qitənin ən güclülərindən olan portuqallar qarşısında qələbə axtarışında olacaq.

 

Bu görüş iki komanda arasında 12-ci qarşılaşma olacaq. İndiyədək baş tutan oyunların 5-i rəsmi, 6-sı isə yoxlama xarakterli olub.

 

Təəsüf ki, geridə qalan 11 oyunun heç birində komandamız qələbə qazana bilməyiblər. Rəqibi qarşısında cəmi 3 dəfə heç-heçəyə sevinə bilən millimizin DÇ-2016-da yolunu da Portuqaliya yığması kəsmişdi.

 

Qitə birinciliyinə iddialı yollanan Joze Alesionun yetirmələri bu dəfə tilsimi qırmaq əzmindədi.

 

AVRO-2018

1/4 final

 

Portuqaliya – Azərbaycan 8:1

Hakimlər: Andrey Çerni (Çexiya), Kamil Çətin (Türkiyə), Saşa Tomiç (Xorvatiya)

Sloveniya. Lyublyana, “Stojica Arena”

 

Azərbaycan: 12. Rövşən Hüseynli (q), 3. Bolinya, 5. Fineo de Araujo, 6. Eduardo Borqes, 8. Rizvan Fərzəliyev (k), 1. Emin Kürdov (q), 2. Samir Həmzəyev, 4. İsa Atayev, 7. Ramiz Çovdarov, 10. Vassoura, 11. Xətai Bağırov, 13. Everton Kardoso, 14. Vitali Borisov, 18. Namiq Məmmədkərimov

Baş məşqçi: Joze Alesio da Silva

Müəllif: Estafet.az