Yığma komandamız Ukraynaya təlim-məşq toplanışına yollandı

ESTAFET/ Ağır atletika üzrə qadınlar və kişilərdən ibarət yığma komandalarımızın üzvləri bu il üçün ölkə xaricindəki ilk təlim-məşq toplanışına yollanıblar.
Atletlərimiz fevralın 5-23-ü aralığında Ukraynanın Xmelnitski vilayətinin Kamenets-Podolsk şəhərində hazırlıq keçəcəklər.
Komandanın bu toplanışında məqsəd yarışlara daha intensiv və səmərəli hazırlıq, fərqli iqlim və məşq şəraitində sınaqdan keçirilməkdir.
