Warning: unlink(cache/default.luxe): No such file or directory in /home/olimpspo/domains/estafet.az/public_html/includes/Parser.php on line 129
Millimizə daha bir rəqib tapıldı -
Millimizə daha bir rəqib tapıldı

ESTAFET/ AFFA-nın rəsmi saytında verilən xəbərə görə, futbol üzrə Azərbaycan milli komandasının daha bir yoldaşlıq oyunu keçirəcəyi dəqiqləşib. Yığmamızın rəqibi Latviya olacaq. 

 

Qurban Qurbanovun yetirmələri bu rəqiblə iyunun 9-da səfərdə üz-üzə gələcək. Qarşılaşmanın keçiriləcəyi stadion və başlanma vaxtı hələlik dəqiqləşməyib.

 

Xatırladaq ki, millimiz növbəti oyununu martın 27-də Makedoniya ilə keçirəcək. 

Müəllif: Natiq NƏSİROV