Millimizə daha bir rəqib tapıldı

ESTAFET/ AFFA-nın rəsmi saytında verilən xəbərə görə, futbol üzrə Azərbaycan milli komandasının daha bir yoldaşlıq oyunu keçirəcəyi dəqiqləşib. Yığmamızın rəqibi Latviya olacaq.
Qurban Qurbanovun yetirmələri bu rəqiblə iyunun 9-da səfərdə üz-üzə gələcək. Qarşılaşmanın keçiriləcəyi stadion və başlanma vaxtı hələlik dəqiqləşməyib.
Xatırladaq ki, millimiz növbəti oyununu martın 27-də Makedoniya ilə keçirəcək.

