Yığmamız Belarusla da oynayacaq

ESTAFET/ AFFA futbol üzrə yığma komandamız üçün daha rəqib tapıb. Qurumun rəsmi saytının məlumatına görə, yığmamız gələn ay Belarusla qarşılaşacaq.
Martın 27-də Antalyada Makedoniya ilə qarşılaşacaq Qurban Qurbanovun yetirmələri ondan 4 gün əvvəl Belarusu qəbul edəcək. Bakı Olimpiya Stadionunda baş tutacaq görüş Qurban Qurbanovun yerli publika önündə ilk sınağı olacaq.
Matçın başlama saatı da artıq bəllidi. Belə ki, Azərbaycan - Belarus qarşılaşmasının start fiti martın 23-də saat 20:00-da səslənəcək.
Qeyd edək ki, yığmamız iyunun 9-da səfərdə Latviya ilə yoldaşlıq görüşü keçirəcək.

