“Kəpəz” iki futbolçu ilə müqavilə bağladı

ESTAFET/ “Kəpəz” qış transfer dövründə heyətinə daha iki əcnəbi futbolçu qatıb. “Sarı-göylər” Trinidad və Tobaqodan olan hücumçu Şadon Vinçester və ukraynalı müdafiəçi İqor Korotetskiy ilə müqavilə bağlayıb.
Hər iki oyunçu mövsümün sonuna kimi Gəncə klubunda çıxış edəcək. Korotetskiy azad agent kimi komandaya qoşulubsa, Vinçester Meksikanın “Murselaqos” klubundan icarəyə götürülüb.

