"Zırə" Dedovla anlaşmanı rəsmiləşdirdi

ESTAFET/ “Zirə” heyətini daha bir futbolçu ilə gücləndirib. "Qartallar" Moldova millisinin üzvü Aleksandr Dedovla anlaşıb.
28 yaşlı yarımmüdafəçi ilə bir il yarımlıq müqavilə bağlanılıb. Dedov ölkəsinin “Milsami” klubundan transfer edilib.
Qeyd edək ki, 2012-ci ildən Moldova milli komandasında çıxış edən futbolçu yığmada keçirdiyi 39 oyunda 3 dəfə fərqlənib.
