"Zirə" makedon müdafiəçini heyətinə qatdı

ESTAFET/ Azərbaycan Topaz Premyer Liqasının mükafatlarına iddialılardan olan “Zirə” klubu heyətini daha bir futbolçu ilə gücləndirib. "Qartallar" makedoniyalı Yani Urdinovla 6 aylıq müqavilə bağlayıb.

 

26 yaşlı müdafiəçi Çex Respublikasının “Bohemians” klubundan mövsümün sonunadək icarəyə götürülüb. Lakin, tərəflər arasında olan razılaşmaya görə, mövsümün sonunda futbolçunu birdəfəlik transfer etmək hüququ zirəlilərə məxsusdur. 

Müəllif: Natiq NƏSİROV