Bakıda beynəlxalq şahmat festivalı keçiriləcək

ESTAFET/ Martın 2-dən 11-dək “Ağ Top” Şahmat klubu və 4 N-li İOEUGŞİM-nin birgə təşkilatçılığı ilə Bakıda “Zəka Sahiblərinin Vətəni” adlı 1-ci Beynəlxalq şahmat festivalı keçiriləcək.
Festival çərşivəsində şahmatın klassik növü üzrə Open və U-12 yarışları, həmçinin Rapid və Blitz üzrə yarışlar da keçiriləcək. Yarışın ümumi mükafat fondu 3 500 manatdır. Yarış FIDE qaydaları əsasında keçiriləcək və nəticələri reytinqin hesablanması üçün FİDE-yə göndəriləcək.
Festivalda iştirak etmək üçün FIDE ID-nin olması mütləqdi. İştirak etmək istəyənlər daha ətraflı məlumat almaq üçün “Ağ Top” şahmat klubuna müraciət edə bilərlər. (055 795 79 04)

