Təxirə salınan oyunda "Nur" qalib gəldi

ESTAFET/ Qadın həndbolçular arasında Azərbaycan superliqasında təxirə salınan bir görüş keçirilib. Mingəçevirdə yerləşən “Kür” Olimpiya İdman Mərkəzində yerli “Nur” paytaxtın “Azəryol” komandasını qəbul edib.

 

Çempionluğa iddialı iki komandanın qarşılaşması gözlənildiyi kimi ehtiyatlı, müdafiə taktikası üzərində qurulub. Bunun nəticəsi olaraq, qarşılaşma az məhsuldarlığı ilə seçilib. Yekunda son ölkə çempionu olan "işıqçı"lar 22:20 hesabı ilə qalib gəliblər. 

Müəllif: Natiq NƏSİROV