“Neftçi”nin yeni prezidenti bəlli oldu

ESTAFET/ “Neftçi” futbol klubunun yeni prezidenti müəyyənləşib. Klubun rəsmi saytının məlumatına görə, Kamran Quliyev klubun yeni prezidenti təyin olunub.
O, bu postda istefa verən Orxan Hüseynzadəni əvəz edib. Qeyd edək ki, Kamran Quliyev də bu gün məhz bu təyinatla əlaqədar “Sumqayıt”ın prezidenti postundan istefa verib.

