Azərbaycan Kubokunun finalı 28 mayda keçiriləcək

ESTAFET/ Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovla Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev arasında görüş keçirilib. İşgüzar görüş zamanı milli komandamızın qarşıdakı oyunlarının təqvimi müzakirə edilib. Bu barədə PFL-in rəsmi saytında məlumat verilib.

 

Yığmamızın 29 mayda Qırğızıstan millisi ilə yoldaşlıq görüşü keçirəcəyinə baxmayaraq, Azərbaycan Kubokunun final görüşünün vaxtında hər hansı bir dəyişiklik edilməyəcək. Belə ki, Azərbaycan Kubokunun 2017/2018-ci illər mövsümünün final oyunu əvvəlcədən nəzərdə tutulduğu kimi 28 may Respublika günündə baş tutacaq.

 

Görüş zamanı, millimizin mart toplanışı və 11 aprel Prezident seçkiləri ilə əlaqədar olaraq futbol təqvimində müəyyən dəyişikliklərin ediləcəyi də müzakirə edilib. Bu barədə məlumat yaxın günlərdə məlumat veriləcəyi qeyd olunub.  

Müəllif: Natiq NƏSİROV