Rafael qızıl, Ayxan və Nuranə bürünc qazandılar

ESTAFET/ Xəbər verdiyimiz kimi, karateçilərdən ibarət milli komandamızın əsas və əvəzedici heyəti 16-18 fevral tarixlərində Dubayda Karate1 Premyer Liqa turnirində iştirak edirdilər.
Milli komandanın heyətində kumite yarışlarında Firdovsi Fərzəliyev, Tural Ələkbərli (hər ikisi 60 kq), Niyazi Əliyev, Tural Ağalarzadə və Rafiz Həsənov (üçü də 67 kq), Rafael Ağayev (75 kq), Ayxan Mamayev, Turqut Həsənov, Pənah Abdullayev (üçü də 84kq), Şahin Atamov, Asiman Qurbanlı, Əli Cəfərov (üçü də +84kq), eləcə də Nuranə Əliyeva (50 kq), İlahə Qasımova (55 kq), Fəridə Abiyeva (61 kq) və Fəridə Əliyeva (+67 kq) mübarzə aparırıdı.
Karateçilərimizdən Rafael Ağayev (75 kq) bütün rəqiblərinə qalib gələrək nüfuzlu yarışın qızıl medalını qazanıb. Ayxan Mamayev (84 kq) və Nuranə Əliyeva (50 kq) isə yarışı bürünc medalla başa vurublar.
