Ayaz Quliyev "Rostov"da qol hesabını açdı

ESTAFET/ Azərbaycanlı futbolçu Ayaz Quliyevin icarə əsasında çıxış etdiyi "Rostov" yoxlama matçı keçirib. Norveç "Stabek"i ilə qarşılaşan Rusiya Premyer Liqa təmsilçisi 1:0 hesabıyla qalib gəlib. Yeganə qolu 7-ci dəqiqədə məhz Quliyev vurub.
Ayaz maçtdan sonra açıqlamasında yeni komandasından razı olduğunu bildirib: “Rostov"da özümü əla hiss edirəm. Elə təsəvvür yaranır ki, sanki xeyli vaxtdı bu komandada çıxış edirəm”.

