BAKU-2016: 4-CÜ TURDAKI RƏQİBLƏRİMİZ
ESTAFET/ Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında dördüncü turda qarşılaşacaq rəqiblər müəyyənləşib. Kişilərdən ibarət əsas millimiz Rumıniya ilə qarşılaşacaq. İkinci yığmamızı Hindistan məğlubiyyətinin ardından IBCA (Beynəlxalq Brayl Şahmatı Assosiasiyası) yığması ilə görüş gözləyir. Üçüncü komandamız isə Türkmənistanla qarşılaşacaq.
Favoritlərdən Rusiya Ukrayna ilə, ABŞ Çexiya ilə, Çin İtaliya ilə üz-üzə gələcək.
Qadınlardan ibarət əsas millimizin də bu turda rəqibi Rumıniya olacaq. İkinci komandamızı İtaliya, üçüncü komandamızı isə Braziliya ilə qarşılaşmalar gözləyir.
Favoritlərdən Çin - Latviya, Ukrayna - Fransa, Rusiya - Macarıstan, Gürcüstan - Misir, Hindistan - İsrail qarşılaşacaqlar.