Cavid Ağayev dünya çempionu oldu

ESTAFET/ Tunisin Hammamet şəhərində keçirilən gənclər arasında dünya birinciliyinin üçüncü gününə yekun vurulub. Yarış Azərbaycan milli komandasının taekvondoçusu Cavad Ağayev üçün uğurlu alınıb.

 

Gənc idmançımız bütün rəqiblərinə qalib gələrək Dünya çempionu adına yiyələnib. 63 kq çəki dərəcəsində dayanq üzərinə çıxan Cavad öncə Pakistan, ABŞ, Cənubi Koreya, Efiopiyadan olan rəqiblərini  yarışdan kənarlaşdıraraq yarımfinala vəsiqəni təmin edib. Bu mərhələdə iranlı idmançıya qalib gələn Ağayev finalda italiyalı taekvondoçu ilə üz-üzə gəlib. Gərgin keçən həlledici döyüşdə də qələbə qazanan təmsilçimiz yarışın qızıl medalına sahib olub. Bununla da Cavad həm Dünya çempionu olub, həm də rəqibinə bir neçə gün öncə lisenziya xarakterli turnirdəki məğlubiyyətin əvəzini çıxıb. 

Müəllif: Natiq NƏSİROV