Seriyada "Lokomotiv" və "Neftçi" önə keçdi
ESTAFET/ Bu gün kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasının final mərhələsinə start verilib. Voleybol Mərkəzində ilk olaraq meydana “Neftçi” və MOİK çıxıb.
3-cü yer uğrunda olan bu görüş "ağ-qaralar”ın qələbəsi ilə yekunlaşıb.
Daha sonra isə qızıl medal üçün “Lokomotiv”lə “Sərhədçi” meydana çıxıb. bu qarşılaşmadan isə "dəmiryolçular” üstün ayrılıblar.
Qeyd edək ki, 2 oyunda qələbə qazanacaq klub qalib olacaq. Final seriyasından olan ikinci oyunlar aprelin 21-də keçiriləcək.
Yüksək Liqa, ilk oyunlar
19 aprel 2018
Final
“Lokomotiv” - “Sərhədçi” 3:0 (25:23, 25:23, 25:19)
Voleybol Mərkəzi
3-cü yer uğrunda
“Neftçi” - MOİK 3:1 (25:19, 25:21, 21:25, 25:8)
Voleybol Mərkəzi