Pirelli Azərbaycan Qran Prisi üçün sürücülərin təkər seçimini bəyan edib

ESTAFET/ "Pirelli" şirkəti Formula 1 üzrə Dünya çempionatının mərhələlərindən olan və paytaxtımızda keçiriləcək Azərbaycan Qran Prisi üçün təkər seçimini təsdiq edib. Şirkət sürücülər üçün Bakıya Soft, SuperSoft və UltraSoft şinlərini gətirəcək. 

Gözlənildiyi kimi, əksər komandalar daha yumşaq təkərlərə üstünlük veriblər. Soft təkərlərdən isə bütün sürücülər yalnız 1-2 dəst sifariş ediblər. 

 

Sürücü Komanda Soft SuperSoft UltraSoft
 Lyuis Hemilton  Mercedes 2 2 9
 Valtteri Bottas  Mercedes 1 3 9
 Sebastyen Fettel  Ferrari 1 2 10
 Kimi Raykkonen  Ferrari 2 1 10
 Daniel Rikkardo  Red Bull 2 3 8
 Maks Ferstappen  Red Bull 2 3 8
 Serxio Peres  Force India 2 2 9
 Esteban Okon  Force India 2 2 9
 Lens Stroll  Williams 1 4 8
 Sergey Sirotkin  Williams 2 3 8
 Karlos Sayns  Renault 2 4 7
 Niko Hyulkenberq  Renault 2 4 7
 Pyer Qasli  Toro Rosso 2 4 7
 Brendon Hartli  Toro Rosso 1 5 7
 Roman Qrojan  Haas 2 3 8
 Kevin Maqnussen  Haas 2 3 8
 Fernando Alonso  McLaren 1 3 9
 Stoffel Vandorn  McLaren 1 2 10
 Markus Eriksson  Sauber 2 1 10
 Şarl Lekler  Sauber 1 2 10

 

Müəllif: Natiq NƏSİROV